Xalqımız 12 dekabrı Ulu öndər Heydər Əliyevin anım günü kimi minnətdarlıq hissi ilə qeyd edir. Tarixə öz adını əbədi həkk etmiş nadir şəxsiyyətin və siyasi xadimin həyat və fəaliyyəti hər bir Azərbaycan vətəndaşının qürur mənbəyinə çevrilmişdir.
Heydər Əliyev Azərbaycan xalqının qəlbində böyük hörmətlə anılan bir şəxsiyyətdir. O, ölkəmizin ən ağır günlərində xalqın ümid işığı oldu, insanlara güvən verdi və sabaha inam yaratdı. Onun rəhbərliyi ilə Azərbaycan yenidən dirçəldi, ayağa qalxdı və müasir bir dövlətə çevrildi.
Heydər Əliyev yalnız siyasət adamı deyil, həm də xalqını sevən, hər bir insanın gələcəyini düşünən böyük bir lider idi. Hər bir sözündə, hər qərarında vətənə bağlılıq görünürdü. Ona görə də bu gün insanlar onun anım gününü qeyd edərkən həm də unudulmaz xidmətlərini yad edirlər.
Onun üçün ən vacib sahələrdən biri təhsil idi. Ulu öndər Heydər Əliyev həmişə müəllimləri yüksək qiymətləndirib. O, deyirdi ki, müəllim cəmiyyətin ən önəmli işçisidir, çünki o, gələcək nəsli formalaşdırır.
Heydər Əliyevin hakimiyyəti dövründə təhsilin inkişafı üçün geniş addımlar atıldı. Yeni məktəblər tikildi, mövcud olanlar yeniləndi, gənclərin xarici ölkələrdə təhsil alması üçün imkanlar yaradıldı. O, istəyirdi ki, Azərbaycan gəncləri savadlı olsun, dünyaya açıq olsun, ölkənin gələcəyini daha möhkəm şəkildə qurmaq üçün biliklə silahlanmış olsun.
Ulu öndərin sayəsində ölkəmizdə təhsil sahəsi inkişaf edib, məktəblər yaxşılaşıb və müəllimlərin rolu daha da önəmli olub.
Şagirdin biliklərlə dolu böyüməsi, vətənpərvər bir gənc olması müəllimin zəhməti ilə baş verir. Bu səbəbdən də Heydər Əliyev müəllim əməyinə böyük dəyər verirdi. Onun “Təhsil millətin gələcəyidir” sözləri bu gün də bütün məktəblərin, bütün müəllimlərin yol işığıdır:
“Bu gün məktəb uşaqlarımız üçün çox əhəmiyyətlidir, çünki təhsil ölkəmizin gələcəyidir. Məktəb və müəllimlər şagirdlərə yalnız bilik verməməli, həm də tarixi, mədəniyyəti və əxlaqi dəyərləri öyrətməlidirlər. Gələcəyimizin ləyaqətli vətəndaşları burada yetişir”. – Heydər Əliyev
Bu gün sinif otaqlarında oturan hər bir şagird, qarşısında duran hər bir müəllim, Heydər Əliyevin həmin ideyasının davamını yaşayır. Hər yeni dərs, hər yeni kitab, hər uğurlu şagird — onun təhsilə verdiyi dəyərin bir nəticəsidir.
Hər bir müəllim Heydər Əliyevin ideyalarını yaşadaraq uşaqlarımızı yetişdirir və ölkəmizin gələcəyinə işıq tutur. Təhsil və müəllim əzmi hər birimizin uğurlu sabahının açarıdır.
Xalqımız bu günü qeyd edərkən yalnız keçmişi xatırlamır. Biz onun gələcək üçün qoyduğu təməlləri də görürük. O təməllər bu gün ölkənin inkişafına, sabitliyinə və birliyinə xidmət edir. Heydər Əliyev sübut etdi ki, xalqı sevən lider zaman keçsə də xalqın qəlbində yaşayır. Onun ideyaları zamanla solmur, əksinə, hər dövrdə yenidən qiymət qazanır.
Heydər Əliyevin anım günü – həm xatırlama, həm də dəyər vermə günüdür. O, bizim üçün yalnız tarix kitablarında qalan bir ad deyil. O, bu günün inkişafında, sabahın qurulmasında öz izini qoymuş böyük bir şəxsiyyətdir.
Böyük insan, böyük iz, qəlblərdə yaşar adı,
Xalqın güvənc yeriydi, Vətənin dayaq dadı.
Elm dedi, bilik dedi, yol açdı hər bir gəncə,
Gələcəyin işığını bağışladı bu ölkəyə.
Müəllimə dəyər verdi, ucaltdı onun sözün,
Şagirdlərin arzusu oldu sabahın özün.
Xalq böyük oğlunu bu gün ehtiramla anır,
Onun qoyduğu dəyərlər hər ürəkdə yaşayır.
Bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin və onun yaxın silahdaşı, Birinci vitse-prezident, çox hörmətli Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Azərbaycanın istər daxili, istərsə də xarici siyasətdə əldə etdiyi hər bir uğur Dahi Öndərin zəkasının təcəssümü, əmanət qoyub getdiyi ideyaların təntənəsidir.
İlhamə Gülməmmədli
Paraqraf.com
![]()
