Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Dekabr
  • 11
  • Vətəndaş cəmiyyəti və ictimai nəzarət mövzusunda ictimai müzakirə keçirildi – FOTOLAR

Vətəndaş cəmiyyəti və ictimai nəzarət mövzusunda ictimai müzakirə keçirildi – FOTOLAR

admin 11 Dekabr 2025 3 minutes read
9fb7783aaed14a75a8d9fd854b4055f711122025043944953
PAYLAŞIN:

10 dekabr 2025-ci ildə İctimai Nəzarət Mərkəzi İdarə Heyətinin təşəbbüsü ilə “Vətəndaş cəmiyyəti və ictimai nəzarət” mövzusunda geniş tərkibli ictimai müzakirə təşkil olunub.

Bu barədə Bakı İctimai Əməkdaşlıq Mərkəzinin sədri Rauf Zeyni QHT.az-a açıqlamasında bildirib ki, tədbirdə ölkədə aparılan islahatlar, mövcud ictimai-sosial vəziyyət və ictimai nəzarət mexanizmlərinin gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirdə tanınmış QHT rəhbərləri və ekspertlər – Cəsarət Hüseynzadə, İradə Rzazadə, İlqar Hüseynli, Məshəti Hüseynova, Ramil Əliyev, Esmira Rəhimova, Şəlalə Həsənova, Zamin Zeynal, Dünya Əliyeva, Aynur xanım, Eldar, Məlik Abbas, Xuraman Quliyeva, Elmira İsmayılova, Rövşən Vəliyev və digər iştirakçılar mövzu ilə bağlı öz fikir və təkliflərini səsləndiriblər.

Rauf Zeyni bildirib ki, ekspertlərin ümumi rəyi vətəndaş cəmiyyətinin hazırda yüksəliş dövrü yaşaması, lakin ictimai nəzarətin çətin vəziyyətdə olması ilə bağlı olub:

“Müzakirələr zamanı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bütün sahələrdə həyata keçirdiyi islahatların nəticələri, vətəndaş cəmiyyətinin rolu və ictimai nəzarətin hazırkı vəziyyəti geniş təhlil olundu. Hər kəs ictimai nəzarətin vacibliyini vurğuladı. Prezident dəfələrlə bildirib ki, vətəndaşlar ictimai nəzarətdə fəal olmalıdırlar. Qeyri-hökumət təşkilatları da bu prosesdə mühüm rol oynayır. Şəffaflığın artırılması, korrupsiyanın vaxtında aşkar olunması üçün ictimai nəzarət gücləndirilməlidir”.

Tədbirdə bildirilib ki, ictimai nəzarət mexanizmlərinin səmərəli işləməsi üçün daha sistemli və koordinasiyalı fəaliyyət, vətəndaş müraciətlərinə operativ reaksiya, mediada işıqlandırmanın gücləndirilməsi və mütəmadi ictimai müzakirələrin təşkili vacibdir.

Eyni zamanda, İctimai Nəzarət Mərkəzinin gələcək fəaliyyət planının hazırlanması, vətəndaş cəmiyyəti subyektləri ilə əməkdaşlığın genişləndirilməsi, media və bələdiyyə strukturları ilə qarşılıqlı əlaqələrin gücləndirilməsi təklif edilib.

Rauf Zeyni tədbirin yüksək qiymətləndirildiyini bildirib:

“İştirakçılar bu toplantının çox faydalı olduğunu qeyd etdilər və belə müzakirələrin daha tez-tez keçirilməsini arzuladılar”.

 

Fotolar

Loading

Visited 30 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycanın taleyini dəyişən lider: Heydər Əliyev və son günləri
Next: “Cəmi 3000 sözlə yaşayırıq – Nitq mədəniyyətində faciəvi durum”

OXŞAR MÖVZULAR

02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

admin 07 Mart 2026
q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

admin 07 Mart 2026
_innews_77a1d754a7100cef40439508a_o

Ceyhun Məmmədov gənclərə müraciət etdi: “Prinsip və dəyərlərinizə hər zaman sadiq olun”

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.