UEFA Çempionlar Liqasının əsas mərhələsinin altıncı turunda “Qarabağ” “Ayaks”la qarşılaşdı. Lakin oyun Azərbaycan təmsilçisi üçün uğursuz alındı və “Qarabağ” rəqibinə məğlub oldu.
İdman jurnalisti Ağa Dadaşzadə “Paraqraf.com”a açıqlamasında bildirib ki, komanda ağır məğlubiyyət yaşadı:

“75 dəqiqə ərzində rəqibdən tam üstün olduğu oyunda, son 15 dəqiqədə “Qarabağ” ardıcıl 3 qol buraxdı. Bu qollar çox adi və yolverilməz səhvlər nəticəsində baş verdi. “Qarabağ” qazana biləcəyi böyük bir şansı əldən verdi. Əvəzetmələrdə ciddi problem var idi”.
Ağa Dadaşzadə əlavə edib ki, Nəriman Axundzadə tənqid olunsa da, məsuliyyət təkcə onun üzərinə qoyulmamalıdır:
“Düzdür, Nəriman əzmkar oyun sərgiləmədi, amma təkcə onu günahlandırmaq düzgün deyil. Qollarda Elvim Cəfərquliyev və Bəhlulun da səhvləri oldu. Komandanın adi səhvlər səbəbindən qollar buraxması təəssüf doğurur. Rəqibin fiziki hazırlığı isə onlara yaranan fürsətləri qola çevirməyə imkan verdi”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
