Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/DÜNYA/Gürcüstanda ali təhsilin müddəti azaldılır – Qanun qəbul edildi
DÜNYA

Gürcüstanda ali təhsilin müddəti azaldılır – Qanun qəbul edildi

11 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Gürcüstan parlamenti “Ali təhsil haqqında” Qanuna və ali təhsil islahatı ilə bağlı qanun layihələrində dəyişiklikləri üçüncü oxunuşda qəbul edib.

Paraqraf.com Gürcüstan KİV-ə istinadən xəbər verir ki, Gürcüstan təhsil, elm və gənclik nazirinin müavini Zviad Qabisonia məsələni plenar iclasda üçüncü oxunuşda, sürətləndirilmiş qaydada təqdim edib.

Dəyişikliklərə əsasən, Gürcüstan hökuməti tərəfindən əsası qoyulmuş ali təhsil müəssisələrində Gürcüstan vətəndaşının akademik ali təhsilin I və II pillələrində təhsilini dövlət tam maliyyələşdirəcək.

Digər tərəfdən, Gürcüstan hökuməti tərəfindən əsası qoyulmuş ali təhsil müəssisələrində akademik ali təhsilin I və II pillələrində başqa şəxslərin təhsilinin dövlət tərəfindən maliyyələşdirilməsi qaydası və şərtlərini Gürcüstan hökuməti müəyyən edəcək.

Bununla yanaşı, universitet sistemində 3+1 sistemi tətbiq ediləcək, üç il bakalavriat, bir il isə magistraturaya həsr olunacaq.

Bundan əlavə, 2028-ci ilin yanvarın 1-nə qədər onlayn universitet konsepsiyası/modeli və standartı işlənib hazırlanmalıdır.

Qeyd edək ki, Gürcüstanda bakalavr pilləsi üzrə təhsilin müddəti 4, magistratura pilləsi üzrə isə 2 il təşkil edirdi.

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Moskvaya kütləvi dron hücumu oldu

Next

“Əlverişsiz hava şəraiti yollarda qəza riskini artırır” – VİDEO

Copyright 2026— Praqraf.com. All rights reserved