Danimarka hərbi kəşfiyyatı ABŞ-nin Avropada təhlükəsizliyinin təmin edilməsində rolunu şübhə altına alıb.
Paraqraf.com xəbər verir ki, bu barədə sözügedən ölkənin hərbi kəşfiyyatının hesabatında məlumat verilib.
Məlumata görə, Vaşinqton yüksək tariflərin tətbiqi ilə bağlı bəyanatlarla öz iradəsini ortaya qoyur və hətta müttəfiqlərə qarşı hərbi güc tətbiqini istisna etmir.
“ABŞ-nin Avropa təhlükəsizliyinin qarantı roluna dair qeyri-müəyyənlik var”, – deyə hesabatda bildirilir.
Xüsusilə Vaşinqtonun Qrenlandiyaya marağı səbəbindən Arktikada artan rəqabət sənəddə qeyd olunub.
“Bu diqqət casusluq təhlükəsini artırır və Danimarka Krallığına daha da təsir etmək cəhdlərini artırır”, – deyə ölkənin hərbi kəşfiyyatı qeyd edib.
Paraqraf.com
![]()
