Vaşinqton və Tokio iki ABŞ “B-52” bombardmançı təyyarəsinin iştirakı ilə birgə təlimlər keçiriblər.
Paraqraf.com Aif.ru nəşrinə istinadən xəbər verir ki, bu barədə Yaponiya Özünümüdafiə Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsindən məlumat verilib.
Məlumata görə, təlimlər Yapon dənizi üzərində keçirilib. Yaponiya tərəfdən təlimlərdə üç “F-35” və üç “F-15” olmaqla altı qırıcı təyyarə cəlb edilib.
Təlimlərin məqsədinin “status-kvonun güc yolu ilə dəyişdirilməsinə yol verilməməsi üzrə qəti öhdəlik” və “Yaponiya-ABŞ alyansının çəkindirmə və reaksiyavermə potensialının daha da gücləndirilməsinə hazırlıq” olduğu elan edilib.
Tokiodan qeyd edilib ki, təlimlər Yaponiya ətrafındakı ərazilərdə təhlükəsizliklə bağlı vəziyyətin kəskinləşməsi şərtlərində keçirilib.
Paraqraf.com
![]()
