ABŞ Prezidenti Donald Tramp Pensilvaniyada tərəfdarların mitinqi zamanı iqtisadiyyatla bağlı çıxışını “Village People” qrupunun “Y.M.C.A.” mahnısı altında etdiyi rəqslə başa vurub.
Paraqraf.com xəbər verir ki, Trampın rəqs etdiyi anlar “Fox News” telekanalının canlı efirində nümayiş olunub.
Bundan əlavə, Tramp növbəti dəfə sələfi Co Baydenin ünvanına tənqidi fikirlər səsləndirib və onu “satqın Co” adlandırıb, eləcə də onun barəsində başqa bir senzuradankənar ifadə işlədib. O, həmçinin mitinq iştirakçılarına hansı ləqəbin daha uyğun olduğu barədə fikirlərini bildirmələrini təklif edib.
Tramp, həmçinin Federal Ehtiyatlar Sisteminin sədri Cerom Pauellin yeritdiyi monetar siyasəti tənqid edib və ona qarşı sərt ifadələr işlədib. Tramp nizamlayıcıya əsas faiz dərəcəsini aşağı salmağı tövsiyə edən “JPMorgan Chase”in rəhbəri Ceymi Daymonun da mövqeyini xatırladıb. Pensilvaniya ştatının Maunt-Pokono şəhərindəki çıxışı zamanı Tramp bildirib ki, hörmətli şəxs adlandırdığı Daymon Federal Ehtiyatlar Sistemini faiz dərəcələrini aşağı salmağa çağırıb.
Paraqraf.com
![]()
