ABŞ Prezidenti Donald Tramp Pensilvaniya ştatının Maunt-Pokono şəhərində iqtisadiyyatla bağlı çıxışı zamanı xarici ölkələrə qarşı tətbiq etdiyi böyükmiqyaslı rüsumların əhəmiyyətini vurğulayıb.
Bu barədə Paraqraf.com “İnterfaks” nəşrinə istinadən xəbər verir.
“Mənim ən sevdiyim söz rüsumlardır”, – deyə Tramp bildirib və əlavə edib ki, bu sözü lüğətdəki istənilən digər sözdən daha çox sevir.
ABŞ lideri qeyd edib ki, məhz onun tərəfindən tətbiq edilən rüsumlar “yüzmilyardlarla dollar gəlir gətirir”, daha sonra isə söhbətin “trilyonlarla dollardan”dan getdiyini vurğulayıb.
Tramp, həmçinin zarafatla xatırladıb ki, seçkiqabağı kampaniya zamanı Pensilvaniyaya əvvəlki səfərindən sonra onun sui-qəsd cəhdi nəticəsində qulağının “forması bir qədər dəyişib”.
Paraqraf.com
![]()
