Ermənistan parlamentinin sədri Alen Simonyan Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistan-Avropa İttifaqı sənədinə münasibətini şərh etməyə hələlik hazır olmadığını bildirib.
Paraqraf.com Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə o, jurnalistlərlə söhbətində bildirib.
“İndiki mərhələdə mən bunu şərh etməyə hazır deyiləm, çünki həmkarlarımla müzakirə etmədən heç bir qiymət vermək istəmirəm. Xarici İşlər Nazirliyi daha sonra şərh verəcək. Nə vaxt – bilmirəm, amma verəcək. Şəxsən mən hazırda bu barədə heç bir şəkildə şərh verməyə hazır deyiləm”, – Simonyan bildirib.
Lakin o, bu sənədin Ermənistanla Azərbaycan arasında sülh sazişinin imzalanması prosesini ləngidə biləcəyinə inanmır. Simonyanın sözlərinə görə, Bakı ilə iş bütün cəbhələrdə davam edir.
“Həm Ermənistan, həm də Azərbaycan tərəfdən məsələyə müsbət münasibət var”, – o qeyd edib.
Simonyan sülh sazişinin imzalanma vaxtı ilə bağlı suala da cavab verməkdə çətinlik çəkib.
Paraqraf.com
![]()
