Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/ELM VƏ TƏHSİL/Mədəniyyət Nazirliyi: TMAİS təhsil müəssisələrində müasir idarəetmə modelini təmin edəcək
ELM VƏ TƏHSİL

Mədəniyyət Nazirliyi: TMAİS təhsil müəssisələrində müasir idarəetmə modelini təmin edəcək

10 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

İlk dəfə istifadəyə təqdim olunan Təhsil Müəssisələrinin Analitik İdarəetmə Sistemi (TMAİS) təhsil sahəsində rəqəmsal idarəetmə mexanizmlərinin geniş tətbiqinə imkan yaradır. Yeni platforma valideyn–məktəb və şagird–müəllim əlaqələrini daha operativ və şəffaf şəkildə qurmağa yönəlib.

Nazirliyin Elm, təhsil və gənclərlə iş sektorunun müdiri Muraz Məmmədov Paraqraf.com-a açıqlamasında bildirib ki, TMAİS ölkədə təhsil müəssisələrinin idarə olunmasında müasir yanaşmanı formalaşdıran ilk rəqəmsal sistemdir:


“Bu platforma vasitəsilə məktəb–valideyn və şagird–müəllim kommunikasiyası əhəmiyyətli dərəcədə güclənir. Şagirdin inkişaf dinamikasını aydın şəkildə izləmək, elektron jurnal və elektron gündəlik modulları ilə valideynə dərhal məlumat ötürmək mümkün olur. Müəllimlər isə öz dərs saatlarını, sinif otaqlarını və digər məlumatları sistem üzərindən operativ şəkildə əldə edirlər”.

Nazirliyin məlumatına görə, TMAİS şagirdlərin inkişaf göstəricilərinin təhlilinə və müəllim fəaliyyətinin tədris nəticələrinə əsasən qiymətləndirilməsinə imkan verir. Pilot mərhələdə tətbiq olunan e-jurnal və e-gündəlik modullarının səmərəliliyi artıq özünü doğruldub. Dərs planlarının elektron formada qeyd edilməsi, davamiyyətin anında daxil edilməsi, qiymətlərin avtomatik formalaşması və valideynlərə tez-bazar bildiriş göndərilməsi tədris prosesində şəffaflığın artırılmasına səbəb olur.

Valideynlər portal üzərindən övladlarının davamiyyətini, ev tapşırıqlarını, fənn nəticələrini və müəllim rəylərini real vaxt rejimində izləyə biləcəklər ki, bu da ailə–məktəb əlaqəsini bir qədər də gücləndirəcək.

Nazirlikdən bildirilib ki, hazırda sistemin bütün incəsənət məktəblərində mərhələli tətbiqi istiqamətində işlər aparılır. TMAİS Mədəniyyət Nazirliyi tərəfindən ilk dəfə təqdim edilən rəqəmsal təhsil idarəetmə platformasıdır.

Həsən Məmmədov
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Azərbaycan Dövlət Radiosunun yeni rəhbəri o oldu

Next

Sudanda hərbi yük təyyarəsi qəzaya uğrayıb, ekipajın bütün üzvləri həlak olublar

Copyright 2026— Praqraf.com. All rights reserved