Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/“Deepfake” videoları necə müəyyən etmək olar? – AÇIQLAMA
MANŞET

“Deepfake” videoları necə müəyyən etmək olar? – AÇIQLAMA

10 Dekabr 2025 2 Min Read
PAYLAŞIN:

Son günlər süni intellekt texnologiyalarının sürətlə inkişafı nəticəsində “deepfake” videoların sayı əhəmiyyətli dərəcədə artmaqdadır. Belə videolarda adətən pornoaktrisaların üzləri montaj vasitəsilə hədəf alınan şəxsin üzü ilə əvəzlənir. Bu görüntülər real, təbii və canlı təsir bağışladığı üçün insanları çaşdıra bilir.

Mövzu ilə bağlı “Paraqraf.com”a açıqlama verən Aİ mütəxəssisi Natiq Məmişov bildirib ki, videolara baxarkən ilk növbədə üz mimikalarına diqqət yetirilməlidir:

“Videoya baxanda üz hərəkətlərindən və səs uyğunsuzluğundan müəyyən etmək mümkündür ki, görüntü “deepfake”dir. Eyni zamanda gözqırpma və baxışlar da bunu ələ verir. Gözqırpmalar adətən çox az olur, baxışlar isə ölü və donuq görünür. Mimikalarda sünilik hiss edilir: gülüş, qəzəb, təəccüb kimi emosiyalar olduqca saxtadır və üzün digər hissələri ilə uyğunlaşmır”.

Mütəxəssis bildirir ki, “deepfake” videolarında üz-boyun xətti və saç xətti arasında sərhədlərdə bulanıqlıq olur, işıq-kölgə bölgüsü isə real görüntüyə uyğun gəlmir:

“Saç xətti tez-tez qəribə görünür, dəri isə filtrli effekti xatırladır. Bəzən üzə düşən işığın istiqaməti fon işığı ilə ziddiyyət təşkil edir: üzdə bir tərəf çox işıqlı olur, fon isə qaranlıq qalır. Kölgələrdə də uyğunsuzluq müşahidə edilir. Ya həddindən artıq kölgə olur, ya da ümumiyyətlə kölgə görünmür.

Səs və hərəkət uyğunluğu da vacib göstəricidir. Tez-tez yüksək keyfiyyətli videoda aşağı keyfiyyətli səs, yaxud yüksək keyfiyyətli səsdə aşağı keyfiyyətli görüntü olur. Bu hal daha çox promokontent xarakterli videolarda rast gəlinir”.

Natiq Məmişov əlavə edib ki, “deepfake”lərin aşkarlanması üçün xüsusi texniki alətlər də mövcuddur:

“Kadr-kadr analiz edən alətlər vasitəsilə hər kadrda üz formasının, gözlərin, ağzın və saç xəttinin dəyişib-dəyişmədiyi yoxlanılmalıdır. “Deepfake” ilə hazırlanan videoların böyük əksəriyyəti şantaj və reputasiyaya zərər vurmaq məqsədi daşıyır”.

Kəmalə Vəliyeva
Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

“Qarabağ” “Ayaks”a qarşı: Azərbaycan təmsilçisi hesabı açdı

Next

Uzun müddətdir gizlənirdi – Öz ölkəsində yox, Norveçdə görüntüləndi

Copyright 2026— Praqraf.com. All rights reserved