Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Dekabr
  • 10
  • 15 yaşlı qızı qaçırdı, qısqanıb ayrıldı, öldürməyə cəhd etdi – Qaradağdakı cinayətin TƏFƏRRÜATI

15 yaşlı qızı qaçırdı, qısqanıb ayrıldı, öldürməyə cəhd etdi – Qaradağdakı cinayətin TƏFƏRRÜATI

admin 10 Dekabr 2025 2 minutes read
IMG-20251210-WA0036
PAYLAŞIN:

Bakıda qeyri-rəsmi ər-arvad münasibətində olduğu qadını öldürməyə cəhddə təqsirləndirilən İlkin Məmmədovun (ad və soyad şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Paraqraf.com Oxu.Az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsdirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə İ.Məmmədov 11 il 6 ay azadlıqdan məhrum edilib.

İttihama görə, Şəmkir rayon sakini olan İlkin 2022-ci ildə Bakıda 2007-ci il təvəllüdlü Şəhla adlı xanımla tanış olur. O bir müddət Şəhla ilə sevgi münasibətləri yaşadıqdan sonra onu qaçırıb Şəmkirə aparır və qeyri-rəsmi ər-arvad kimi yaşamağa başlayırlar.

2024-cü ildə cütlük Şəmkir rayonundan Bakının Qaradağ rayonuna köçür. Bir müddət burada yaşayandan sonra İlkin Şəhladan şübhələnir və onu döyməyə başlayır. Nəticədə Şəhla bir yaşlı qızı ilə evdən çıxıb atasının evinə gəlir.

Bir neçə aydan sonra İlkin Şəhla ilə barışmaq qərarına gəlir və ona yenidən birlikdə yaşamağı təklif edir. İlkin bildirir ki, Xırdalan şəhərində ev kirayələyib və onlar həmin ünvana köçməlidirlər. Şəhla isə onunla birlikdə yaşamaqdan imtina edir. Şəhlanın xalası danışığa gələn İlkini evdən qovur və ona deyir ki, ailənin problemi ilə bağlı Xoşqədəmin verilişinə müraciət edəcək.

Evdən çıxıb gedən İlkin bir müddətdən sonra geri qayıdır və bir daha Şəhlaya onunla getməyi təklif edir. Şəhla bu dəfə də onun istəyini rədd edəndə cütlük arasında dava düşür və İlkin mətbəx bıçağı ilə ona 3 zərbə vurur.

Faktla bağlı cinayət işi başlanıldıqdan sonra İlkin saxlanılıb və mühakimə olunub.

Paraqraf.com

Loading

Visited 7 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Ali Məhkəmənin keçmiş hakiminə Konstitusiya Məhkəməsində vəzifə verilib
Next: Millimizin sabiq baş məşqçisinin yeni iş yeri açıqlandı

OXŞAR MÖVZULAR

w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

admin 07 Mart 2026
df9cihAyFKO79jIq6ujcoT9exrI5aee85mkdloWh_1200

Ötən gün Azərbaycanda narkotiklə bağlı 31 fakt müəyyən edilib

admin 07 Mart 2026
0qNeEe55S8uSrzyl5xBcFL9k0Be2Baaha5IDwnAk_1200

Salyanda 63 yaşlı kişidən avtomat və narkotik götürülüb

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.