Polşa Prezidenti Karol Navrotski Ukrayna Prezidenti Volodimir Zelenskinin dəvəti ilə Ukraynaya səfərdən imtina edib.
Paraqraf.com xəbər verir ki, bu barədə Polşa liderinin dəftərxanasının beynəlxalq siyasət bürosunun rəhbəri Marçin Pşidaç “X” hesabında məlumat verib.
Qeyd edilib ki, Ukraynaya səfər əvəzinə iki lider arasında Polşanın paytaxtı Varşavada görüşün keçirilməsi variantı nəzərdən keçirilir.
Pşidaç Ukrayna ilə dostluq münasibətlərinin vacibliyini və hörmət və qarşılıqlı anlaşma prinsipləri əsasında Polşanın tərəfdaşlığı inkişaf etdirmək istəyini vurğulayıb.
“Hazırda qarşıdan gələn görüşün detalları ilə bağlı aktiv hazırlıqlar və müzakirələr həyata keçirilir. Bu, hər iki tərəfin dialoq qurmaq və regional əməkdaşlığı gücləndirmək öhdəliyini təsdiqləyir”, – deyə xəbərdə bildirilir.
Paraqraf.com
![]()
