“İnter”in baş məşqçisi Kristian Kivu UEFA Çempionlar Liqasının əsas mərhələsinin VI tur qarşılaşması öncəsi “Liverpul”un misirli hücumçusu Məhəmməd Salah ətrafında yaranmış qalmaqala münasibət bildirib.
Paraqraf.com “Goal” nəşrinə istinadən xəbər verir ki, baş məşqçi “Liverpul”da Salahı əvəz edə biləcək futbolçuların olduğunu qeyd edib.
“Salah dünyasəviyyəli futbolçudur, lakin bu bizə aid problem deyil. Bilirəm ki, “Liverpul”un onu əvəz edə biləcək futbolçuları var və komanda bütün tarixi boyunca olduğu kimi, yüksək səviyyəsini qoruyacaq. Biz komandalardan danışırıq, ayrı-ayrı oyunçulardan yox. Buna görə biz fərdlərin deyil, kollektivin nə etdiyi barədə narahat olmalıyıq”, – deyə Kivu açıqlamasında deyib.
Xatırladaq ki, daha əvvəl misirli futbolçu məşqçi Arne Slotu tənqid edib və komandadakı rolundan narazılığını bildirib. Bundan sonra futbolçu ardıcıl üç görüşdə start heyətində meydana çıxmayıb, üstəlik, “İnter”ə qarşı keçiriləcək oyunun iştirak ərizəsinə daxil edilməyib.
Paraqraf.com
![]()
