Nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısında dəyişiklik edilib.
Paraqraf.com “Report”a istinadən xəbər verir ki, bununla bağlı Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib.
Dəyişikliyə əsasən, “Elapraza”, “İmcivree” və “Aqamri” adlı dərman vasitələri həmin siyahıya əlavə edilib. Bununla da siyahıda yer alan dərmanların sayı 127-yə çatıb.
Paraqraf.com
![]()
Visited 4 times, 1 visit(s) today
