“YAŞAT Fondu müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə 37 milyon 911 min 765 manat pul xərcləyib”.
Paraqraf.com “Report”a istinadən xəbər verir ki, bu sözləri “YAŞAT” Fondunun 5 illik fəaliyyətinə dair mətbuat konfransı zamanı fondun rəhbəri Elvin Hüseynov deyib.
O bildirib ki, müalicə və psixoloji dəstək xərclərinin ödənilməsi istiqaməti üzrə şəhid ailə üzvlərinin 51 325, itkin ailə üzvlərinin 4 və yaralıların 25 934 müraciəti olmaqla ümumilikdə 77 263 müraciət təmin edilib:
“Ümumilikdə 193 şəxs müalicə edilməsi məqsədi ilə Türkiyəyə göndərilib, onlardan 184-ü müharibə əlili, 9-u isə şəhid ailəsi üzvüdür. Hazırda 1 müharibə əlilinin müalicəsi Türkiyədə davam edir”.
Paraqraf.com
![]()
Visited 4 times, 1 visit(s) today
