Tailand hakimiyyəti Kamboca ilə gərginliyin artması səbəbindən sərhəd bölgələrindəki 641 məktəbin fəaliyyətini müvəqqəti dayandırıb.
Paraqraf.com xəbər verir ki, bu barədə “Khaosod” Tailand Təhsil Nazirliyinə istinadən məlumat yayıb.
Məlumata görə, ölkənin bəzi bölgələrdə məktəblərdə karantin müddətinin uzadılması və ya tədrisin onlayn sistemə keçirilməsi istisna olunmur.
Qeyd olunur ki, nazirlik vəziyyəti diqqətlə izləyir və tədbirlər planı hazırlayır. Nazirlik qeyd edib ki, şagirdlərin və məktəb işçilərinin təhlükəsizliyi əsas prioritetdir.
Paraqraf.com
![]()
Visited 5 times, 1 visit(s) today
