Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Dekabr
  • 8
  • Şəhid xatirəsi yaşadılır – ŞASDİB nümayəndələri Şabranda şəhid ailəsini ziyarət etdi

Şəhid xatirəsi yaşadılır – ŞASDİB nümayəndələri Şabranda şəhid ailəsini ziyarət etdi

admin 08 Dekabr 2025 3 minutes read
IMG-20251208-WA0028
PAYLAŞIN:

Aylar ötür, illər dəyişir, fəsillər bir-birini əvəzləyir. Lakin dəyişməz qalan bir həqiqət var – Vətən uğrunda canından keçən şəhidlərin müqəddəsliyi və əbədi ucalığı. Şəhidlik zirvəsi hər kəsə nəsib olmayan, yalnız yurd sevgisini ömründən üstün bilən igidlərin adını yazdırdığı ali mərtəbədir.

Bu çərçivədə Şəhid Ailələrinə Sosial Dəstək İctimai Birliyi (ŞASDİB) şəhid ailələri ilə bağlı fəaliyyətini davam etdirir. Birliyin sədri Almaz Zeynalova, Xəzər rayon təşkilatının rəhbəri Əliheydər müəllim və mətbuat xidmətinin rəhbəri Günay Atayeva Şabran rayonunun Dağ Bilici kəndində Birinci Qarabağ müharibəsi şəhidi Aslanov Təbəssüm Tofiq oğlunun ailəsini ziyarət ediblər.

Ziyarət Şabran rayon Şəhidlər xiyabanından başlanıb. Burada şəhidlərin ruhuna dualar oxunub, daha sonra Dağ Bilici kəndinə gələrək şəhid ailəsi ilə görüş keçirilib. Görüşün məqsədi şəhid ailələrinin problemləri ilə yaxından tanış olmaq, onların səsini cəmiyyətə çatdırmaq və qəhrəmanlarımızın xatirəsini yaşatmaq olub.

Söhbət zamanı şəhidin bacıları itkin düşən qardaşları haqqında danışaraq müharibənin ağır illərini xatırladıblar. Onlar o dövrdə əsgərlərin ayaqyalın, susuz və aclıq içində göstərdiyi fədakarlıqları, arxada qalan anaların və bacıların yaşadıqları iztirabları bölüşüblər. “Şəhidlər unudulur” deyə narahatlığını ifadə edən anaların səsi görüş iştirakçılarının qəlbinə toxunub.

ŞASDİB tərəfindən bildirilib ki, artıq 30 ildir şəhid ailələrinin yanında olmaq, onların problemlərinin həllinə dəstək göstərmək birliyin əsas məqsədlərindən biridir. Qurum bu missiyanı gələcəkdə də davam etdirməyi qarşısına məqsəd qoyur.

Səmimi mühitdə keçən görüş süfrə arxasında da davam edib. Şəhidin atası Tofiq müəllim oğlunun sağ qayıdacağına hələ də ümid bəslədiyini dilə gətirib.

Görüşün sonunda şəhidimizin anım günü münasibətilə 11-i tarixində Şabranda keçiriləcək tədbirə dəvət birliyin nümayəndələrinə çatdırılıb. QHT təmsilçiləri bu tədbirdə iştirak etməyi özlərinə borc bildiklərini, şəhidlərimizlə qürur duyduqlarını xüsusi vurğulayıblar.


Türkanə Səfərova
Paraqraf.com

Loading

Visited 13 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Aynadakı özümlə söhbət – bir almanın iki üzü, yoxsa…
Next: Politoloq: “Macarıstan Türkiyənin hərbi-sənaye sahəsində də Türkiyə ilə əməkdaşlıq edə bilər”

OXŞAR MÖVZULAR

IMG-20260305-WA0021

“İdeal münasibət” illüziyası: Sosial şəbəkələr ailələri doğrudanmı dağıdır? – Psixoloqdan açıqlama

admin 05 Mart 2026
IMG-20260305-WA0011

Tural irfan: “Ramazan ticarət ayı deyil, səxavət ayıdır”

admin 05 Mart 2026
IMG-20260305-WA0004

Naxçıvanda yaşayış evinə dron düşdü – VİDEO

admin 05 Mart 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.