İsveçin paytaxtı Stokholm yaxınlığında yerləşən Salem şəhərində 2010-cu ildən bəri ilk dəfə neonasistlərin yürüşü keçirilib.
Paraqraf.com xəbər verir ki, bu barədə “Sweden Herald” yerli polisə istinadən məlumat yayıb.
Məlumata görə, dekabrın 8-də “Salem yürüşü” adlanan aksiyada təxminən 150 nəfər iştirak edib.
Nümayiş başlamazdan əvvəl 10-a yaxın radikal aksiya iştirakçıları polis baryerlərini yarmağa cəhd edib. Hadisə zamanı asayiş keşikçilərindən birinin qoluna daş dəyib. Polis iğtişaş törətməkdə şübhəli bilinən 15 nəfəri saxlayıb.
Xəbərdə bildirilir ki, neonasistlərin yürüşü miqrant tərəfindən 17 yaşlı ifrat sağçı gəncin öldürülməsinin 25-ci ildönümünə təsadüf edib.
Xatırladaq ki, Salemdə oxşar etirazlar 2000-2010-cu illərdə də keçirilib.
Paraqraf.com
![]()
