Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Dekabr
  • 7
  • Qüdsi Osmanov Rumıniyanın Timişoara şəhərində bir sıra görüşlər keçirib

Qüdsi Osmanov Rumıniyanın Timişoara şəhərində bir sıra görüşlər keçirib

admin 07 Dekabr 2025 3 minutes read
Qx0PEjn2Q3INV2tJPgNXD0tNlgs3a7cchZE3cUji_825
PAYLAŞIN:

Azərbaycanın Rumıniyadakı səfiri Qudsi Osmanov Timişoaranın meri və hakim koalisiyada olan Rumıniya Xilaskarlar Birliyi Partiyasının (USR) sədri Dominik Frits ilə rəsmi görüş keçirib.

Azərbaycan Rumıniyadakı səfirliyindən Paraqraf.com-a verilən məlumata görə, görüşdə mümkün əməkdaşlıq imkanları, Timişoara ilə Azərbaycan arasında yeni əlaqələrin qurulması və ikitərəfli iqtisadi əməkdaşlığın inkişafı müzakirə olub.

Q.Osmanov şəhərin multikultural xarakterini, beynəlxalq əməkdaşlığa açıqlığını, gənclərin ictimai həyatda fəallığını və özünəməxsus, unikal memarlığını vurğulayaraq bunun 2023-cü ildə Timişoaranın Avropanın Mədəniyyət Paytaxtı statusu alması, beynəlxalq səviyyədə tanınması və onun mədəni potensialının önə çıxmasına mühüm töhfə verməsini qeyd edib. O, Azərbaycan ilə Rumıniya əlaqələrinə toxunaraq iki ölkənin regionları arasında əməkdaşlığının qarşılıqlı faydasından danışıb.

Öz növbəsində, mer Dominik Frits Timişoaranın “şəhər diplomatiyası” konsepsiyasına sadiqliyini və Azərbaycanla münasibətlərin möhkəmləndirilməsində marağını ifadə edib. Həmçinin şəhərin rəhbəri Timişoara şəhəri tərəfindən təsis olunan Avropa Dəyərləri Mükafatı və hər il təşkil olunan Timişoara Şəhər Sammiti barədə danışaraq bu tədbirlərin şəhərin Avropa dəyərləri və müzakirələri ilə əlaqələndirən təşəbbüslər adlandırıb.

Bundan əlavə, səfir Rumıniyada dövlət səviyyəsində qeyd olan Milad bayramı və bu ölkədə qeyd olan Müqəddəs Nikolay günü ərəfəsində XX əsrin ortalarında Timişoarada inşa olunmuş və Rumıniyanın ən mühüm dini məbədlərdən biri olan “Müqəddəs Üç Hiyerarx” kilsəsini də ziyarət edib.

Qüdsi Osmanov, eyni zamanda, Timişoaraya səfər çərçivəsində Timişoara Bələdiyyə Sosial Yardım İdarəsinin tabeliyində olan “Inokentsiu Klein” “Qocalar Evi”ni də ziyarət edib. Azərbaycanlı diplomat “Qocalar evi”nin sakinləri ilə söhbət aparıb, onlara Azərbaycanın Rumıniyadakı səfirliyi adından kiçik bayram hədiyyələri təqdim edib.

Qeyd edək ki, Timişoara Rumıniyanın ən inkişaf etmiş şəhər mərkəzlərindən biridir və rəqabətqabiliyyətli sənayesi, İT sektoru, memarlıq irsi və multikultural mədəniyyəti ilə tanınır. Şəhər əhali və ərazi baxımından ölkədə üçüncü yerdədir. Həmçinin Timişoara Rumıniyada azadlıq və demokratiyanın rəmzi sayılır, çünki ölkədə 1989-cu il inqilabı məhz bu şəhərdən başlayıb.

Paraqraf.com 

Loading

Visited 11 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Azərbaycan, Özbəkistan və Qazaxıstan diasporlarının görüşlərinin keçirilməsi barədə razılıq əldə olunub
Next: Donald Tramp İlham Əliyevə davamlı dəstəyinə görə təşəkkür edib

OXŞAR MÖVZULAR

WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

admin 07 Mart 2026
0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

admin 07 Mart 2026
dugRqtKIFoXQ4nNTIBQhSH5bALz99hIEFkBoLOQm_1200

Bu günədək Azərbaycan vasitəsilə 65 ölkənin 1761 vətəndaşı İrandan təxliyə olunub

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.