ABŞ Prezidenti Donald Trampın həyat yoldaşı Melaniya Tramp “Muse Films” adlı prodüser şirkətini təsis edib.
Paraqraf.com xəbər verir ki, bu barədə məlumatı Melaniya Tramp “X” sosial şəbəkə hesabında paylaşıb.
“Təqdim edirəm: “Muse Films”. Mənim yeni prodüser şirkətim. “Melania” filmi 30 yanvar 2026-cı il tarixindən etibarən bütün dünyada kinoteatrlarda eksklüziv olaraq nümayiş etdiriləcək” , – o yazıb.
“Melania” filmi Donald Trampın ikinci andiçmə mərasiminə qədər olan günlərə pərdəarxası baxış təqdim edən Melaniya Tramp haqqında sənədli filmdir. Filmin rejissoru Brett Ratnerdir.
Filmin lisenziyası “Amazon” (“Prime Video”) yayım platforması tərəfindən 40 milyon dollara alınıb.
Paraqraf.com
![]()
Visited 6 times, 1 visit(s) today
