Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/CƏMİYYƏT/Dərya Group – “Mənim ürəkdən gələn missiyam”
CƏMİYYƏT

Dərya Group – “Mənim ürəkdən gələn missiyam”

07 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

2024-cü ilin sentyabrında fəaliyyətə başlayan Dərya Group bu qısa müddət ərzində maariflənmə, paylaşım və ilham mənbəyinə çevrilməyi bacarıb. Təşkilatın yaranması təkcə tədbirlər və vebinarlar keçirmək məqsədi daşımırdı. Onun əsas missiyası təhsili yalnız bilik ötürülməsi kimi deyil, həm də dünyagörüş, inam və sevgi formalaşdıran bir proses kimi təqdim etməkdir.

Hər layihə və vebinarda iştirakçılara həm peşəkar bilik, həm də motivasiya vermək əsas prioritetlərdəndir. Çünki mən inanıram ki, doğru yanaşma ilə hər bir insanın həyatına müsbət təsir göstərmək mümkündür. Dərya Group-un artan auditoriyası, genişlənən fəaliyyəti və alınan müsbət rəylər bu işə olan sevginin və səmimiyyətin nəticəsidir.

Təcrübə göstərib ki, səmimiyyət, inam, şəffaflıq və dəyərvermə hər bir uğurun təməlidir. Müəllimlik və rəhbərlik mənim üçün eyni missiyaya – insan yetişdirməyə xidmət edir. Bu missiya isə mənim üçün sadəcə bir iş deyil, ürəkdən sevdiyim bir yoludur.

Fəaliyyətimin mərkəzində isə uşaqlara qarşı həssaslıq dayanır. Onların sağlam prinsiplərlə böyüməsi, gələcəyə inamla addımlaması üçün maarifləndirici layihələrə, valideyn və müəllimlərə dəstək proqramlarına xüsusi önəm verirəm. Çünki hər bir uşaq təkcə ailənin deyil, bütöv cəmiyyətin gələcəyidir.

Hər yeni layihəyə başlayarkən özümə bir sual ünvanlayıram:

“Bu dəfə neçə uşağın həyatına bir damla işıq sala biləcəyəm?”

Məhz bu sual mənim yolumu işıqlandırır, məqsədimin dərinliyini xatırladır və gələcəyə doğru addımlamağım üçün güc verir.

Aytac Məhərrəmova 

Dərya Group təsisçi və rəhbəri, ibtidai sinif müəllimi

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Prezident Ərdoğan Maduro ilə görüşüb

Next

MDU-da “Davamlı inkişaf strategiyası” mövzusunda III Beynəlxalq Elmi Konfrans keçirilib

Copyright 2026— Praqraf.com. All rights reserved