Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MƏDƏNİYYƏT/Dünya Turizm Filmlərinin qalibləri mükafatlandırılıb
MƏDƏNİYYƏT

Dünya Turizm Filmlərinin qalibləri mükafatlandırılıb

06 Dekabr 2025 2 Min Read
PAYLAŞIN:

Portuqaliyanın Gimarayeş şəhərində Beynəlxalq Turizm Filmləri Festivalları Komitəsinin (CIFFT) dekabrın 4-5-də 37-ci yekun mərasimi keçirilib və Dünya Turizm Filmlərinin qalibləri mükafatlandırılıb.

Paraqraf.com xəbər verir ki, tədbir CIFFT və Gimarayeş Bələdiyyəsinin təşkilatçılığı, Porto&Portuqaliyanın Şimalı Turizm Təşkilatı tərəfindən dəstəklənir.

Yekun mərasimdə ən yaxşı dünya turizm filmlərinin (World Tourism Film Award 2025) qalibləri mükafatlandırılıb.

CIFFT-in direktoru Alexander V.Kammel “Jordao Teatrı”nda da keçirilən mükafatlandırma mərasimində çıxışı zamanı qalibləri təbrik edərək qeyd edib ki, bu il ərzində 50-dən çox ölkədən 4000-dən çox video festivalda mükafat uğrunda yarışıb:

“Portuqaliyanın beşiyi” sayılan Gimarayeş şəhəri bu gün ən yaxşı turizm hekayələrini danışır. Şimali Portuqaliya zəngin irsi, innovasiya qabiliyyəti, mədəni müxtəlifliyi ilə tanınıb. Dünyanın ən yaxşı turizm filmləri istehsallarını qeyd etmək üçün ideal məkanı bu şəhərdə – Pirtuqaluyanın doğulduğu yerdə tapdıq. Filmləri ərsəyə gətirən peşəkarlar təşkilatlarla birlikdə əlamətdar nailiyyətlərinə görə mükafat qazanıblar. Turizm filmləri yaradıcılıq, istedad, dayanıqlılıq qabiliyyətlərinə görə dəyərləndirilib. Bu anları sizinlə bölüşməkdən şərəf duyuruq!”

Porto & Portuqaliyanın Şimalı Turizm Təşkilatının prezidenti Luis Pedro Martin qeyd edib ki, beynəlxalq tədbir şimaldakı bütün turizm əlaqələrini möhkəmləndirir:

“Filmlərin mükafatlandırma mərasiminə ev sahibliyi etmək bizim üçün şərəfdir. Portuqaliyanın şimalı beynəlxalq tədbirlər üçün təhlükəsiz və uyğun yerdir. Şimalın turizm imkanlarını təqdim etməkdən qürur duyuruq”.

Gimarayeş şəhərinin meri Ricardo Araujo mükafatlandırma mərasiminin məhz Guimarayeşdə keçirilməsinin bələdiyyə üçün böyük nailiyyət olduğunu bildirib:

“Şəhərimizdə ilk dəfə keçirilən beynəlxalq tədbir bizim üçün mədəni, iqtisadi və strateji fürsətdir. Gimarayeş şəhəri UNESCO-nun İrsi siyahısındadır. 2026-cı ildə isə şəhərimiz “Avropanın yaşıl paytaxtı” olmağa hazırlaşır. Hazırda Gimarayeş ölkənin şimalında ən çox səyahət olunan şəhərlərdəndir. Bu baxımdan, turizmçilərin diqqətini cəlb etməsi də bizim üçün sevindiricidir. Şəhərimizdən zövq alın. Qalibləri təbrik edirəm!”

Filmlər beş əsas kateqoriya: şəhər, region, ölkə tanıtımı, turizm məhsulları və turizm xidmətləri üzrə mükafatlandırılıb. İsveçrə, Almaniya, Sloveniya, Fransa, Polşa, Avstriya, Yaponiya, Montoneqro, İsveç, İspaniya, Portuqaliya, Bosniya və Hersoqovina, Xorvatiya və Kolumbiya təmsilçiləri mükafatçılar arasında yer alıblar.

Bu il həmçinin iki xüsusi mükafat: İsveçin Normmal Agentliyj ilə birlikdə hazırlanmış və BMT Turizminin iştirakını nəzərdə tutan “Turizm Mətbuatı Mükafatı” və “GreenWorking Awards” mükafatları da sahiblərinə təqdim olunub.

Təşkilatın direktoru CIFFT-in 38-ci buraxılışının 2026-cı ildə Mərakeşdə keçiriləcəyini bildirib.

Qeyd edək ki, “Global Media Group”a daxil olan “Kaspi” qəzetinin əməkdaşı Təranə Məhərrəmova mükafatlandırma mərasimində festivalın Münsiflər Heyətinin üzvü kimi iştirak edib.

Paraqraf.com 

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Gəncədə Azərbaycan İnnovasiya Mərkəzi açıldı

Next

Azərbaycan çayı beynəlxalq AVPA müsabiqəsində iki mükafat alıb

Copyright 2026— Praqraf.com. All rights reserved