Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Dekabr
  • 6
  • Ceyhun Bayramov Azərbaycan tədqiqatları üzrə IV Avropa Konfransında iştirak edib

Ceyhun Bayramov Azərbaycan tədqiqatları üzrə IV Avropa Konfransında iştirak edib

admin 06 Dekabr 2025 2 minutes read
zdZhtUQhyVrhlKHhpkC0sX43p7STiVEdbQc57juc_450
PAYLAŞIN:

Avstriyada səfərdə olan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan tədqiqatları üzrə IV Avropa Konfransında iştirak edib.

Paraqraf.com xəbər verir ki, bu barədə Azərbaycanın Xarici işlər Nazirliyi məlumat verib.

Tədbir Azərbaycanın strateji baxışını və xarici siyasət prioritetlərini müzakirə etmək üçün siyasətçiləri, beyin mərkəzlərini, akademikləri və müstəqil ekspertləri bir araya toplayıb.

Dəyirmi masa zamanı nazir Azərbaycanın sabitləşdirici qüvvə kimi regional rolunun genişləndiyini vurğulayıb.

Nazir çoxtərəfli əməkdaşlığın daha çox etimad və effektivlik tələb etdiyi bir vaxtda Azərbaycanın müxtəlif formatlarda əldə etdiyi nailiyyətlər barədə tədbir iştirakçılarına məlumat verib.

Diplomat Azərbaycanın 2026-cı ildə keçiriləcək 13-cü Ümumdünya Şəhər Forumu və Ümumdünya Ətraf Mühit Gününə ev sahibliyi etməsi, regional və qlobal məsuliyyət mövzusu altında davamlı urbanizasiya, dayanıqlı mənzil, təmiz enerji infrastrukturu və iqlim maliyyəsinin səfərbərliyini birləşdirəcək qlobal platformalar barədə məlumat verib.

Ceyhun Bayramov həmçinin, 8 avqustda keçirilmiş Vaşinqton Sülh Zirvə Toplantısının nəticələrinə toxunub, Üçtərəfli Birgə Bəyannamənin və digər mühüm sənədlərin imzalanmasını xatırladıb.

O, ATƏT-in Minsk Prosesi strukturlarının bağlanmasının başa çatdığını və bunun regionda yeni münaqişədən sonrakı reallığın beynəlxalq səviyyədə tanınması anlamına gəldiyini vurğulayıb.

Ceyhun Bayramov Xəzər və Qara dəniz regionlarını birləşdirən nəqliyyat və enerji dəhlizlərinin gücləndirilməsinin əhəmiyyətini qeyd edərək, Azərbaycanın bütün tərəfdaşlarla əməkdaşlığa hazır olduğunu bir daha təsdiqləyib. O, sülhün, regional əlaqənin, iqtisadi təhlükəsizliyin və davamlı inkişafın ölkənin gələcək diplomatik fəaliyyətinin əsas prioritetləri olaraq qalacağını bildirib.

Paraqraf.com 

Loading

Visited 5 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: ABŞ Prezidenti FİFA Sülh Mükafatına layiq görülüb
Next: D-8-in Baş katibi: Azərbaycanın təcrübələrindən yararlanmaq bizim üçün çox önəmlidir

OXŞAR MÖVZULAR

WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

admin 07 Mart 2026
0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

admin 07 Mart 2026
dugRqtKIFoXQ4nNTIBQhSH5bALz99hIEFkBoLOQm_1200

Bu günədək Azərbaycan vasitəsilə 65 ölkənin 1761 vətəndaşı İrandan təxliyə olunub

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.