Azərbaycan təmsilçisi “Qarabağ” UEFA Çempionlar Liqasının növbəti oyununu 10 dekabr tarixində “Ayaks”a qarşı Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək.
Qeyd edək ki, artıq biletlər satışa çıxarılıb.
İdman jurnalisti Namiq Abbasov “Paraqraf.com”a açıqlamasında bildirib ki, ötən mövsüm Avropa Liqasının əsas mərhələsində “Ayaks”a məğlubiyyətin əvəzinin bu dəfə çıxılması vacibdir:

“Bundan başqa, “Ayaks”la görüşdə qələbə “Qarabağ” üçün çox önəmlidir. Çünki komanda elə həssas mərhələdədir ki, son 3 görüşdən maksimum nəticə əldə etməlidir”.
Namiq Abbasov həmçinin qeyd edib ki, heyət baxımından narahatlığa əsas yoxdur:
“Qurban Qurbanov heyətin 8 üzvünü ölkə kuboku çərçivəsində “Karvan”-“Yevlax” oyununda sınaqdan keçirib. Sabahkı “Qarabağ”-“Zirə” qarşılaşması isə komandanın “Ayaks” öncəsi hazırlıq mərhələsi olacaq”.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
