“Qərbi Azərbaycan Təravəti” brendinin ofisini ziyarət etdik. Səfər zamanı İcraçı direktor Fidan Bağırova brendin yaranma məqsədləri və fəaliyyəti barədə geniş məlumat verdi.
Müşahidələrimizdən belə qənaətə gəlmək mümkündür ki, “Qərbi Azərbaycan Təravəti”nin yaradılması təkcə kommersiya təşəbbüsü deyil, həm də milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edən bir layihədir. Brendin əsas məqsədi Qərbi Azərbaycanın zəngin mədəni irsini və sənətkarlıq ənənələrini müasir texnologiyalar vasitəsilə təqdim etmək, bu irsi gələcək nəsillərə ötürməkdir.
Sərgilənən hər bir məhsulda həm qədim tarixin ruhu, həm də Qərbi Azərbaycanın özünəməxsus sənətkarlıq ənənələri aydın şəkildə hiss olunur. Dikkət çəkən məqamlardan biri də bu keyfiyyətin münasib qiymətlərlə təqdim olunmasıdır ki, bu da bizi xüsusilə təəccübləndirdi.
Sonda bu cür möhtəşəm ideyanın həyata keçirilməsində əməyi olan bütün komanda üzvlərinə təşəkkürümüzü bildirir və onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.
“Qərbi Azərbaycan Təravəti” — keçmişimizə rəğbət, bu günümüzə sayğı və sabahımıza inam aşılayan bir brend.


Türkanə Səfərova
Paraqraf.com
![]()
