Biləsuvar rayonunda minik və yük avtomobillərinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.
Paraqraf.com-un məlumatına görə, hadisə Biləsuvar şəhəri ərazisində qeydə alınıb.
Minik avtomobilinin yük avtomobilinə çırpılması nəticəsində Cəlilabad rayon sakini, 1948-ci il təvəllüdlü Şamil Ataşov, 1958-ci il təvəllüdlü Səmayə Ataşova, 2010-cu il təvəllüdlü Həsən Nuriyev və 1978-ci il təvəllüdlü Kəmalə Ataşova müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Onlar Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
![]()
Visited 8 times, 1 visit(s) today
