Azərbaycan alpinisti Elmira Aslanova Antarktidanın ən yüksək zirvəsi olan Vinson dağını (4 892 metr) fəth edib.
Paraqraf.com xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyi məlumat yayıb.
Qeyd edək ki, Vinson dağı “Yeddi zirvə” layihəsinə daxildir. Bu layihəyə qatılan alpinistlər sıra ilə Cənubi Amerikada Akonkaqua (6961 metr), Şimali Amerikada Mak-Kinli (6190), Avstraliyada Kostyuşko (2228), Antarktidada Vinson (4892), Afrikada Kilimancaro (5895), Avropada isə Elbrus (5642) və Nepalda Everest (8848) zirvələrini fəth edirlər.
Paraqraf.com
![]()
Visited 12 times, 1 visit(s) today
