Venesuela Prezidenti Nikolas Maduro ABŞ-li həmkarı Donald Trampla telefonla danışıb.
Paraqraf.com xəbər verir ki, o bu barədə “Venezolana de Television” televiziya kanalına verdiyi müsahibədə bəhs edib.
“Mənə telefon zəngi gəldi və ABŞ Prezidenti Donald Trampla danışdım. Deyə bilərəm ki, söhbət hörmətcil, hətta mehriban tonda keçdi”, – deyə o qeyd edib.
O əlavə edib ki, söhbət iki ölkə arasında hörmət əsasında dialoqun başlanmasına kömək edəcək.
Venesuela lideri, həmçinin ölkəsinin sülhə can atdığını və Vaşinqtonla diplomatik dialoqu alqışladığını da vurğulayıb.
Paraqraf.com
![]()
Visited 14 times, 1 visit(s) today
