Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Dekabr
  • 4
  • BMU ilə Bolqarıstanın Hərbi Dəniz Akademiyası arasında əməkdaşlıq müzakirə olunub

BMU ilə Bolqarıstanın Hərbi Dəniz Akademiyası arasında əməkdaşlıq müzakirə olunub

admin 04 Dekabr 2025 3 minutes read
1-b
PAYLAŞIN:

Bolqarıstan Respublikasının Nikola Vaptsarov adına Hərbi Dəniz Akademiyasının rektoru, donanma admiralı, professor Kalin Kalinov və Azərbaycan Milli Müdafiə Universitetinin Fundamental elmlər kafedrasının müdiri, polkovnik, milli təhlükəsizlik və hərbi elmlər üzrə fəlsəfə doktoru Ramil Axundov və universitetin digər əməkdaşı, polkovnik Elnur Məmmədov Bakı Mühəndislik Universitetində (BMU) olublar.

 

Qonaqlarla görüşən BMU-nun rektoru Yaqub Piriyev universitetin fəaliyyət istiqamətləri, xüsusilə mühəndislik, informasiya texnologiyaları, kibertəhlükəsizlik, süni intellekt və digər innovativ ixtisaslar üzrə tətbiq olunan müasir tədris modeli, rəqəmsal infrastruktur və beynəlxalq əməkdaşlıq istiqamətləri barədə məlumat verib. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə təhsil sahəsində həyata keçirilən islahatları vurğulayan rektor atılan addımların universitetlərin modernləşdirilməsi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar açdığını deyib.

 

Yaqub Piriyev həmçinin universitetin beynəlxalq əlaqələrinin genişləndirilməsindən danışıb. Vurğulayıb ki, BMU həm Cənubi Koreya, həm də Çin Xalq Respublikasının ali təhsil müəssisələri ilə ikili diplom proqramı çərçivəsində əməkdaşlıq edir. Rektor Asiya ali məktəbləri ilə əldə olunan tərəqqini və gələcək perspektivləri qeyd edərək, Avropa məkanında yerləşən Bolqarıstan ilə də əməkdaşlığın yeni perspektivlər yaradacağına ümidvar olduğunu bildirib.

 

Nikola Vaptsarov adına Hərbi Dəniz Akademiyasının rektoru Kalin Kalinov öz növbəsində rəhbərlik etdiyi ali məktəbin fəaliyyəti, tədris proqramları, həmçinin dəniz mühəndisliyi, aviasiya, hərbi dəniz təhlükəsizliyi sahələrində həyata keçirilən layihələr barədə geniş təqdimatla çıxış edib. Bildirilib ki, 1881-ci ildə əsası qoyulan akademiya Bolqarıstanda yaranan ilk texniki ali məktəbdir. Rektor mühəndislik, informasiya təhlükəsizliyi və qabaqcıl texnologiyalar sahəsində təcrübə mübadiləsinin əhəmiyyətini vurğulayıb.

 

Görüş zamanı tərəflər birgə tədqiqatların təşkili, tələbə və müəllim mübadiləsi, elmi seminarların keçirilməsi, informasiya texnologiyaları, süni intellekt sahəsi üzrə əməkdaşlıq imkanlarını müzakirə ediblər. Həmçinin gələcəkdə ortaq layihə və  proqramlarda iştirak perspektivlərinə toxunulub.

 

Sonda qonaqlar BMU-nun laboratoriyaları ilə tanış olublar.

Image 1Image 1Image 1Image 1Image 1Image 1Image 1Image 1Image 1Image 1Image 1

Loading

Visited 48 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: İsa Həbibbəyli: “Ramiz Mehdiyevin həqiqi üzvlük məsələsinə baxılacaq”
Next: Bu gündən dekabrın 17-dək Geminid meteor yağışı müşahidə olunacaq

OXŞAR MÖVZULAR

02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

admin 07 Mart 2026
WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

admin 07 Mart 2026
0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.