Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında ukraynalı uşaqlarla bağlı Rusiya əleyhinə təqdim olunan qətnamə layihəsi qəbul edilib. Sənəd üzv ölkələrin yarıdan çoxunun dəstəyini qazanıb.
Paraqraf.com-un BMT Baş Assambleyasının rəsmi məlumatına istinadən xəbərinə görə, Assambleyanın 11-ci Fövqəladə Xüsusi Sessiyasında Ukrayna, Kanada və bir sıra Avropa ölkələrinin irəli sürdüyü “Ukraynalı uşaqların qayıdışı” adlı qətnamənin lehinə 91 ölkə səs verib. 57 ölkə bitərəf qalıb.
Məlumata görə, Rusiya və daha 11 ölkə – İran, Kuba, Şimali Koreya, Belarus, Sudan, Nikaraqua, Mali və digərləri – sənədin əleyhinə çıxış edib. Bununla yanaşı, 30-dan çox ölkə səsvermədə iştirak etməyib.
Qeyd edək ki, BMT-nin 193 üzv dövləti var. UNGA-nın prosedur qaydalarına görə, qərarlar səsvermədə iştirak edən ölkələrin sadə əksəriyyəti ilə qəbul edilir.
Cəfərova Validə
Paraqraf.com
![]()
