Ukrayna Prezidenti Volodimir Zelenskinin ABŞ təmsilçiləri Stiv Uitkoff və Cared Kuşnerlə Brüsseldə baş tutmalı olan görüşü təxirə salınıb.
Paraqraf.com xəbər verir ki, məlumatı jurnalist Aleks Raufoğlu öz “X” hesabında yayıb.
“Mənbələrin bildirdiyinə görə, Brüsseldəki görüş təxirə salınıb. Zelenski evə qayıdır”, – A.Raufoğlu yazıb.
Xatırladaq ki, dekabrın 2-də Kremldə Rusiya Prezidenti Vladimir Putinlə ABŞ prezidentinin xüsusi təmsilçisi Stiv Uitkoff və Prezident Donald Trampın kürəkəni Cared Kuşnerlə görüşü keçirilib. Tərəflər Ukrayna ilə bağlı sülh planını müzakirə ediblər.
Paraqraf.com
![]()
Visited 6 times, 1 visit(s) today
