Türkiyənin xarici işlər naziri Hakan Fidan Brüsseldə NATO-nun Baş katibi Mark Rutte ilə görüşüb.
Paraqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Xarici İşlər Nazirliyi məlumat yayıb.
NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin toplantısı çərçivəsində baş tutan görüşdə Rusiya-Ukrayna müharibəsinin başa çatdırılmasına yönəlmiş səylər, Qara dənizin təhlükəsizliyi ilə bağlı məsələlər, 2026-cı ilin iyul ayında Ankarada keçiriləcək NATO-nun Zirvə görüşünə hazırlıq işləri və Türkiyə müdafiə sənayesinin NATO üzvlərinə töhfələri müzakirə edilib.
Paraqraf.com
![]()
Visited 10 times, 1 visit(s) today
