“2026-cı ildə Ermənistanda parlament seçkisində xalqın sülhə səs verəcəyinə əminəm”.
Paraqraf.com Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu sözləri Paşinyan Milli Məclisdə “Ermənistan Respublikasının 2026-cı il üçün dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Biz Ermənistanı geosiyasi tələdən çıxardıq. Ölkəni elə bir yerə gətirdik ki, Ermənistan qarşısında bütün istiqamətlər üzrə perspektivlər açılıb və xalq öz suveren iradəsi ilə hansı inkişaf baxışını qəbul edəcəyinə qərar verə bilər. Ermənistan xalqı seçkilərdə sülhü müdafiə etməlidir. Mən bir an belə şübhə etmirəm ki, xalq sülhə səs verəcək, çünki bu, onların, övladlarının, ailələrinin, nəvələrinin, nəticələrinin dünyasıdır və bu, bütün şəhidlərin xatirəsinə, onların bütün keçmişinə ən böyük hörmətdir”, – deyə Paşinyan bildirib.
O daha sonra deyib: “Ermənistan və Azərbaycan arasında sülh bərqərar olub və indi qarşıda duran vəzifə onu qorumaq, gücləndirmək və institusionallaşdırmaqdır”.
Qeyd edək ki, Azərbaycan və Ermənistan avqustun 8-də Vaşinqtonda sülh müqaviləsini paraflayıblar.
Paraqraf.com
![]()
