Pakistanın şimal-qərbində, Əfqanıstanla sərhədə yaxın Xayber-Paxtunxva əyalətinin Dera-İsmail-Xan rayonunda partlayış baş verib.
Paraqraf.com “Daily Sabah” nəşrinə istinadən xəbər verir ki, bu barədə Pakistan polisinin nümayəndəsi Səccad Xan məlumat verib.
Bildirilir ki, polislərin içərisində olduğu avtomobil hərəkətdə olarkən yol kənarında quraşdırılmış bomba partlayıb. Nəticədə ən azı üç polis həlak olub.
Təhlükəsizlik rəsmilərinin sözlərinə görə, bu, son üç gündə üçüncü belə hücumdur.
Heç bir qruplaşma hücuma görə məsuliyyəti öz üzərinə götürməyib, lakin ölkənin daxili işlər naziri Mohsin Nakvi açıqlamasında Pakistan “taliban”larını günahlandırıb.
Paraqraf.com
![]()
Visited 7 times, 1 visit(s) today
