Ötən gün Belçika polisi tərəfindən saxlanılan Avropa İttifaqının beynəlxalq məsələlər və təhlükəsizlik üzrə sabiq ali nümayəndəsi Federika Mogerini və Avropa İttifaqının Xarici əlaqələr xidmətinin sabiq baş katibi Stefano Sannino sərbəst buraxılıblar.
Paraqraf.com xəbər verir ki, məlumatı “La Repubblica” qəzeti yayıb.
Qeyd edək ki, onlar dekabrın 2-də Avropa İttifaqının diplomatik xidmətindəki korrupsiya işinin araşdırılması çərçivəsində saxlanılmışdılar. Eyni zamanda, onlarla birgə nəzarət altına alınan Çezare Dzeqretti də azad edilib.
“Belçika cinayət polisinin dindirməsindən sonra hər üç şəxsə dələduzluq, alqı-satqı sahəsində korrupsiyalar, maraqların toqquşması və peşəkar sirrin qorunmaması kimi ittihamlar irəli sürülüb. Onlar sərbəst buraxılıblar, çünki ədalət məhkəməsindən gizlənmək riskləri yoxdur”, – nəşr prokurorlardan sitat gətirib.
Paraqraf.com
![]()
