Honkonqda yaşayış kompleksində azı 156 nəfərin ölümünə səbəb olan dəhşətli yanğına ciddi korrupsiya faktlarının da səbəb olduğu açıqlanıb.
Paraqraf.com xəbər verir ki, bu barədə “South China Morning Post” nəşri məlumat yayıb.
Nəşr mənbələrinə istinadən məlumat yayıb ki, kompleksin tikintisində və təmirində ciddi qanun pozuntuları aşkarlanıb.
Məlumata görə, proses həyata keçirilərkən tenderlərin saxtalaşdırılmasından tutmuş şişirdilmiş qiymətlərə qədər bir çox neqativ hallara yol verilib.
Mütəxəssislər binanın tikintisində podratçıların ucuz, keyfiyyətsiz materiallardan istifadə etdiklərini də vurğulayıblar.
İlkin araşdırma zamanı məlum olub ki, kosmetik təmir işləri zamanı yanğın təhlükəsizliyi standartlarına cavab verməyən keyfiyyətsiz, ucuz qoruyucu torlardan, pəncərələrin plomblanması üçün yanar penopolistirol panellərdən istifadə olunub. Bu da yanğın zamanı mənzillərin pəncərələrinin partlaması və alovun içəri keçməsi ilə nəticələnib.
Mütəxəssislər qeyd ediblər ki, yanğının sürətlə yayılmasının əsas səbəbi bambukdan hazırlanan material deyil, keyfiyyətsiz tor və polistirol köpüklər olub.
Xatırladaq ki, noyabrın 26-da təxminən 4 min sakinin yaşadığı Tai Po rayonundakı yaşayış kompleksində bir neçə çoxmərtəbəli binada yanğın baş verib.
Paraqraf.com
![]()
