“Barselona”nın futbolçusu Dani Olmo İspaniya La Liqasının 19-cu turun tarixi dəyişdirilmiş (əvvələ çəkilmiş) “Atletiko Madrid”ə (3:1) qarşı keçirilən oyunda zədələnib.
Paraqraf.com xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
İspaniyalı yarımmüdafiəçi dünənki oyunda ikinci qolu vuran zaman çiyni çıxıb.
Onun üç həftə yaşıl meydanlardan kənar qalacağı gözlənilir.
Dani Olmo bu mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 17 oyuna çıxıb, dörd qol vurub və iki məhsuldar ötürmə edib.
Paraqraf.com
![]()
Visited 11 times, 1 visit(s) today
