Avropa İttifaqı (Aİ) Şurası və Parlamenti 2027-ci ilə qədər Rusiyadan təbii qaz idxalından mərhələli şəkildə imtina edilməsi üzrə reqlamentə dair ilkin razılaşma imzalayıb.
Paraqraf.com xəbər verir ki, bu barədə Aİ Şurasının Mətbuat Xidmətindən məlumat verilib.
“Qayda Rusiyadan mayeləşdirilmiş təbii qaz (LNG) və boru kəməri qazının idxalına hüquqi cəhətdən məcburi və mərhələli qadağa tətbiq edir”, – deyə məlumatda bildirilib.
Qeyd olunub ki, bu qayda Aİ-nin Rusiya qazından asılılığına son qoymağa yönəlmiş REPowerEU proqramının vacib elementidir. Məhdudiyyətlər müvafiq olaraq 2026-cı ilin sonunda və 2027-ci ilin payızında qüvvəyə minəcək.
Paraqraf.com
![]()
Visited 3 times, 1 visit(s) today
