Türkiyənin hibrid mühərrikli peyki – “FGN-TUG-S01” ABŞ-nin Vandenberq Hava Bazasından “SpaceX Falcon 9” raketi ilə kosmosa göndərilib.
Paraqraf.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu texnologiya tam yerli istehsaldır.
Məlumata görə, “Baykar”ın İdarə Heyətinin sədri Selçuk Bayraktarın “Fergani Space Technologies” şirkəti tərəfindən hazırlanan peyk dünyada ilk dəfə hibrid raket mühərrikinə sahib olacaq.
Bayraktar bildirib ki, missiya Türkiyənin planlaşdırdığı Uluqbəy Qlobal Mövqeləndirmə Sistemi üçün vacib bir infrastrukturdur. Sistem beş il ərzində 100-dən çox peyklə müstəqil mövqeləndirmə və kosmik logistika imkanlarına nail olmağı hədəfləyir.
Paraqraf.com
![]()
Visited 5 times, 1 visit(s) today
