ABŞ Prezidenti Donald Tramp dekabrın 2-nə keçən gecə “Truth Social” platformasındakı səhifəsində təxminən dörd saat ərzində 160-dan çox paylaşım edib.
Paraqraf.com bu barədə “Daily Beast” nəşrinə istinadən xəbər verir.
Nəşrin məlumatına görə, Tramp Şərq vaxtı ilə saat 19:09-dan 23:57-dək (Bakı vaxtı ilə saat 04:09-dan 08:57-dək) aktiv şəkildə kontent paylaşıb, bəzi postlar iki dəfə yerləşdirilib. Bəzən dəqiqədə birdən çox paylaşım edilib.
Əvvəlcə Tramp opponentlərini tənqid edən bir neçə qəzəbli postunu dərc edib, daha sonra eyni mövzu üzrə bloqerlərin postlarını və materialları yenidən paylaşmağa başlayıb.
Paraqraf.com
![]()
Visited 5 times, 1 visit(s) today
