Skip to content
08 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Dekabr
  • 2
  • Sahil Babayev: “Əhalinin azı 95 %-i icbari tibbi sığorta ilə tam əhatə olunacaq”

Sahil Babayev: “Əhalinin azı 95 %-i icbari tibbi sığorta ilə tam əhatə olunacaq”

admin 02 Dekabr 2025 3 minutes read
download (21)
PAYLAŞIN:

Azərbaycanda əhalinin azı 95 %-i icbari tibbi sığorta ilə tam əhatə olunacaq.

Paraqraf.com xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bugünkü plenar iclasında “2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsində bildirib.

“İcbari tibbi sığortada son dəyişikliklərlə bağlı məlumat vermək istəyirəm. Nəyə görə bu dəyişikliklər tamamilə tərsinə təqdim olunmağa çalışıldı? Bu gün mövcud qanunumuza baxsaq, qeyd olunub ki, icbari tibbi sığorta haqqını muzdla işləyənlər və bir sıra fərdi sahibkarlar istisna olmaqla digər bütün şəxslər ödəyir. Və biz bəlli bir dövrlərlə bu maddənin tətbiqini bir il gecikdirdik. Dövlətin icbari tibbi sığorta haqqının qarşıladığı şəxslərin sayını biz dəyişikliklərlə 9 dəfə artırırıq. Bu, dövlətin atdığı böyük bir addımdır”, – deyə o qeyd edib.

Biz göstəririk ki, bəlli bir kateqoriya insanların hamısı, yəni uşaqlar, pensiyaçılar, deməli, əlilliyi olan insanlar, əmək qabiliyyətsiz şəxslər, işsizlər dövlətin hesabına sığortalanacaq. Nəyə görə bu, tam əksinə qeyd olunur ki, işsizlər sığortalanmayacaqdır. Əksinə, ilk dəfə qanunvericilikdə birbaşa göstərilir ki, işsizlər də sığortalanacaq. Və növbəti ilin büdcəsində bu məqsəd üçün 900 milyon manat vəsait var. Bu, təqribən 7,3 – 7,5 milyon insanımızın sığorta haqqıdır. Əlavə olaraq təqribən 2 milyon insanımız muzlu əmək müqaviləsi ilə çalışır. Onların da sığortasını əmək müqaviləsinin şərtlərinə uyğun olaraq işçi və işəgötürən qarşılayır. Fərdi sahibkarlarımızın da sığortasını onlar qarşılayır. Yəni minimum əhalinin 95%-i sığorta zərfilə tam şəkildə əhatə olunacaq, – deyə o qeyd edib.

Nazirin sözlərinə görə, yalnız işləyən, gəliri olan və onu gizlədən, qeyri-formal məşğul olan şəxslər kənarda qalacaq: “Qeyri-formal fəaliyyət göstərmək özü qanunvericiliklə qadağan edilib. Və biz deyirik ki, yalnız qanunvericiliklə qadağan edilmiş şəkildə fəaliyyət göstərən insanlar sığortasını özləri ödəyəcək. Bunun müəyyən edilmə meyarları nədir? Bununla bağlı da təqdim olunmuş layihədə qeyd olunub, xüsusi qaydalar olacaq və onların müəyyən edilmə meyarları da elektron şəkildə olacaq. Fərdiləşdirilmiş məlumat əsasında, təqdim olunan şəxsiyyət vəsiqəsi nömrəsi əsasında müəyyən ediləcək ki, bu insanlar hansı kateqoriyalara düşür. O kateqoriyaya düşməyən insandan da gəlirinin mənbəyi soruşulacaq. Və onlar da sığortadan kənar qalmır. Əksinə, onlar üçün də imkan yaradılır ki, birdəfəlik sığorta haqqı ödəməklə istənilən məbləğdə olan tibbi xidmətdən yararlansınlar. Yəni əksinə, təqdim olunan bu yenilik əhalimizin sosial sığorta ilə əhatə olunması istiqamətində növbəti güzəştli və müsbət bir addımdır”.

Loading

Visited 9 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Dövlət tənzimləyir, amma qiymətlər niyə qalxır? Ekspert açıqladı
Next: Bəzi ərazilərə qar yağır – FAKTİKİ HAVA

OXŞAR MÖVZULAR

toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

admin 07 Mart 2026
a0s8Yo4BhKMds4DnLmBJ3GMbsddz9q4QgtEacGKp_1200

Azərbaycan Əfqanıstana pambıq yağı tədarük etməyə başlayıb

admin 07 Mart 2026
5Pn4xry9Pb1ZOnyL5hQGxt49rBmdbfiS3z06RHa9_1200

Azərbaycan neftinin qiyməti 95 dollara yaxınlaşıb

admin 07 Mart 2026

XƏBƏR LENTİ

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?” 02fabc

8 Mart: “Bayram, yoxsa miflərlə örtülmüş tarix?”

07 Mart 2026
“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA WhatsApp Image 2026-03-06 at 00.30.47

“Nankor dron zərbəsi”:İranın əxlaqını ifşa edən XRONOLOGİYA

07 Mart 2026
ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək 0e8fa026b72dab815ac697f82ce8e78a

ABŞ keçmişi təkrarlayır, qorxunc “kabus” geri dönür: Yaxın Şərqdəki “yanğın” bütün dünyanı bürüyəcək

07 Mart 2026
Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.