Bakıda avtobusların hərəkət intervalı ilə bağlı problem hələ də gündəmdən düşmür. Sərnişinlər xüsusilə pik saatlarda avtobusların 20–30 dəqiqə və daha artıq gecikdiyini bildirirlər. Interval problemi tez-tez şikayət olunan marşrutlardan biri də 77 nömrəlidir. Yeni Yasamaldan M.F. Axundov bağı istiqamətində hərəkət edən bu xətt üzrə gecikmələr sakinlər arasında narazılığa səbəb olur.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) Paraqraf.com-un sorğusuna cavab olaraq bildirilib ki, 77 nömrəli müntəzəm marşrut xətti üzrə gündəlik olaraq 19 avtobus 5 dəqiqə hərəkət intervalı ilə fəaliyyət göstərir:
” Lakin günün pik saatlarında marşrutun hərəkət sxemi üzrə yaranan nəqliyyat sıxlığı avtobuslararası intervalın artmasına səbəb olur. Daşıyıcıya nizamlı fəaliyyətin təmin edilməsi, sərnişindaşıma qaydalarına və hərəkət cədvəlinə riayət edilməsi ilə bağlı tapşırıq verilib”.
Ləman
Paraqraf.com
![]()
