Tramp: “ABŞ-yə sığınacaq müraciətlərini qeyri-müəyyən müddətə dayandırırıq”
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda Milli Qvardiyanın üzvlərinə hücumdan sonra sığınacaq müraciətlərini “uzun müddətə” dayandırmağı planlaşdırdığını açıqlayıb.
Paraqraf.com xəbər verir ki, Tramp Air Force One-da jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, ölkədə kifayət qədər problem var və ABŞ bu insanları qəbul etmək istəmir.
Jurnalistlərin fasilənin müddəti ilə bağlı sualına Tramp cavab verib: vaxt məhdudiyyəti yoxdur, lakin dayandırılma “uzun müddət” davam edə bilər.
Prezident daha sonra Somalini hədəf alaraq iddia edib ki, bəzi şəxslər ABŞ-yə gəlib ölkənin necə idarə olunması barədə tövsiyə verməyə çalışırlar.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()