Prezident Vladimir Putin bazar ertəsi günü turistlər, iş adamları, alimlər, sənətçilər və idmançılar da daxil olmaqla bir çox kateqoriyadan olan Çin vətəndaşlarına Rusiyaya 30 günə qədər vizasız giriş imkanı verən fərman imzalayıb.
Paraqraf.com xəbər verir ki, Kreml rəhbərinin 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı hərbi qüvvə göndərməsindən bir neçə gün əvvəl Putin və Çin Prezidenti Si Cinpin “məhdudiyyətsiz” strateji tərəfdaşlıq sazişi imzalamışdılar.
Həmin vaxtdan Moskva Qərb sanksiyalarına qarşı dayanıqlığı artırmaq üçün Çindən idxala daha çox güvənir.
Putinin fərmanında qeyd olunur ki, bu qərar Pekinin rusiyalıların bir çox kateqoriyası üçün Çinə vizasız giriş imkanı yaratmasına cavab xarakteri daşıyır. Yeni qaydaların 14 sentyabr 2026-cı ilə qədər qüvvədə olacağı bildirilib.
Vizasız giriş imkanı çinli miqrant işçilərə, uzunmüddətli təhsil alan tələbələrə, həmçinin logistika və nəqliyyat sektorunda çalışanlara şamil olunmur.
Qeyd edək ki, Çin Xarici İşlər Nazirliyi sentyabrın 15-dən etibarən adi rus pasportu sahiblərinə bir il müddətində 30 günə qədər vizasız gediş-gəliş imkanı təqdim edəcəyini açıqlayıb.
Cəfərova Validə
Paraqraf.com
![]()
