Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/MANŞET/Bir CV ilə bütün vakansiyalar? Niyə işləmir?
MANŞETÖZƏL

Bir CV ilə bütün vakansiyalar? Niyə işləmir?

01 Dekabr 2025 1 Min Read
PAYLAŞIN:

Əziz dostlar, CV – işəgötürənin Sizin haqqınızda ilkin təəssürat formalaşdırdığı, həyat yolunuzun və peşəkar təcrübənizin qısa xülasəsini özündə cəmləyən ən vacib sənəddir. İnsan CV vasitəsilə həm öz əməyinin dəyərini qarşı tərəfə ötürür, həm də özünə maraq oyadır. Bu proses müəyyən mənada satış prosesinə bənzəyir: satışda olduğu kimi burada da işəgötürənin ehtiyaclarını, hansı bacarıqlara malik əməkdaş axtardığını düzgün müəyyən etməsək, təqdim etdiyimiz CV işəgötürənin diqqətini çəkməyəcək.

Məhz buna görə də bir çox insanlar “CV göndərdim, amma cavab gəlmədi” deyə şikayət edir. Şübhəsiz, işəgötürən müsbət və ya mənfi geri dönüş etməlidir. Lakin gəlin razılaşaq ki, namizəd üçün əsas məqsəd sadəcə cavab almaq deyil, müsbət cavab almaqdır.

Fikrimcə, aktiv vakansiyaya müraciət etmək istəyən şəxs əvvəlcə həmin müəssisəni və vəzifəni dərindən analiz etməli, daha sonra bu tələblərə uyğun, hədəfli CV hazırlamalıdır. Qısaca desək, bir dəfə hazırladığınız eyni CV-ni bütün vakansiyalara göndərmək doğru yanaşma deyil. Hər müraciətdə həmin vakansiyaya ən uyğun olan bacarıq və təcrübələrinizi ön plana çıxarmaq daha effektiv nəticə verir.

Elvin Abdullayev

Paraqraf.com

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Yunanıstanda yüz minlərlə qoyun və keçi məhv edilib

Next

Telefonlarımız daha ağıllı oldu, beynimiz isə daha tənbəlləşdi

Copyright 2026— Praqraf.com. All rights reserved