Venesuelanın xarici işlər naziri İvan Gil ABŞ prezidenti Donald Trampın Venesuela və ətrafındakı hava məkanının tamamilə bağlanacağı ilə bağlı açıqlamasına reaksiya verib və İvan Gil bildirib ki, bu mövqe Latın Amerikası bölgəsinə qarşı müstəmləkəçi ambisiyaları olan bir yanaşmanı əks etdirir.
Paraqraf.com xəbər verir ki, bu barədə İvan Gil “X” sosial media hesabında paylaşım edib.
Trampın bir ölkənin suverenliyinə “təlimat verən və təhdid edən” açıqlamalarını “mümkün olan ən sərt şəkildə” rədd etdiklərini bildirən İvan Gil əlavə edib ki, bu cür bəyanatlar beynəlxalq hüququn ən təməl prinsipləri ilə bir araya sığmayan birtərəfli, özbaşına və düşməncəsinə bir hərəkətdir və Amerikanın ölkəmizə qarşı davam edən işğalçılıq siyasətinin bir hissəsidir.
Digər tərəfdən, milli medianın məlumatına görə, Venesuelanın ən əhəmiyyətli hava limanı Simon Bolivar Maiquetia Beynəlxalq Hava Limanı Trampın açıqlamasına baxmayaraq uçuşları normal şəkildə həyata keçirməyə davam edir.
ABŞ Prezidenti Donald Tramp isə sosial şəbəkədəki paylaşımında bildirib ki, bütün hava yolları, pilotlar, narkotik satıcıları və insan tacirləri, Venesuela və ətrafındakı hava məkanının tamamilə bağlanacağını nəzərə alın.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
