Skip to content
07 Mart 2026
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Paraqraf.com

Paraqraf.com

Primary Menu
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • ÖZƏL
  • DÜNYA
  • İQTİSADİYYAT
  • CƏMİYYƏT
    • ARAŞDIRMA
    • TƏHLİL
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
  • SAĞLAMLIQ
  • MƏDƏNİYYƏT
    • ŞOU-BİZNES
  • ELM və TƏHSİL
  • HADİSƏ
  • İDMAN
  • ƏLAQƏ
PARAQRAF TV
  • Home
  • 2025
  • Noyabr
  • 30
  • Səudiyyə Ərəbistanında Azərbaycandakı İslamdaxili həmrəylikdən bəhs edilib

Səudiyyə Ərəbistanında Azərbaycandakı İslamdaxili həmrəylikdən bəhs edilib

admin 30 Noyabr 2025 4 minutes read
t9S1EiHnf32Op59LtEhjLNfTt6xJFGYPPUXw6HXS_825
PAYLAŞIN:

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə İslam Aləmi Liqasının Elektron Platformasının təqdimat və müzakirəsi tədbirində iştirak etmək məqsədilə Səudiyyə Ərəbistanı Krallığına səfəri çərçivəsində İslam Aləmi Liqası təşkilatının “Minhəc” elektron platformasının istifadəyə verilməsinə həsr olunmuş mərasimdə iştirak edib.

İdarədən Paraqraf.com-a bildirilib ki, müsəlman dini liderlərinin, İslam dünyasının görkəmli dövlət və din xadimlərinin, alim və beynəlxalq təşkilat rəhbərlərinin iştirakı ilə keçirilən tədbirin ev sahibliyini İslam Aləmi Liqasının Baş Katibi, Səudiyyə Ərəbistanı Böyük İslam Alimləri Məclisinin sədri, Şeyx Doktor Məhəmməd Əbdülkərim Əl-İssa edib.

O, mərasimdə çıxış edərkən yeni yaradılmış İslami elektron platformasının əsas məqsədini islam dininə aid elmi, fiqhi və tarixi-mədəni məlumatları elektron ensiklopedik formada cəmləşdirərək dünyaya təqdim olunması kimi səciyyələndirib.

Mərasimin təqdimat hissəsində çıxış edən Kəbə Evinin İmamı və Xətibi Şeyx Saleh bin Hümeyd, Əlcəzair Ali İslam şurasının sədri Dr. Məbruk Zeyd əl-Xeyr, İndoneziya Xalq Məsləhəti Məclisinin (Parlamentinin) sədri Əhməd Mauzəni, Səudiyyə Ərəbistanın baş müftisi, Şeyx Saleh Əl-Fauzən yeni platformanın müasir tələblərə uyğun səviyyədə olduğunu vurğulayıb, bunun sayəsində rəqəmsal məkanda müəyyən geridəqalmağın aradan qaldırılacağını qeyd ediblər. Tədbirin rəsmi hissəsi Şeyxülislam A.Paşazadə daxil olmaqla İslam dünyasının 8 görkəmli lideri tərəfindən rəqəmsal platformanın simvolik işə salınması ilə yekunlaşıb.

Səudiyyə Ərəbistanı Krallığına səfər çərçivəsində Şeyxülislam A. Paşazadə bir sıra ikitırəfli görüşlər keçirib.

Belə ki, QMİ sədri Kəbə Evinin İmamı və Xətibi Şeyx Saleh bin Hümeyd, Səudiyyə Ərəbistanı Böyük İslam Alimləri Məclisinin baş katibi Dr. Fəhd bin Saad əl-Məcid, Əlcəzair Ali İslam şurasının sədri Dr. Məbruk Zeyd əl-Xeyr, İndoneziya Xalq Məsləhəti Məclisinin (Parlamentinin) sədri, cənab Əhməd Mauzəni, Livan Milli Müsəlman-Xristian dialoq komitəsinin həmsədri, Dr. Məhəmməd Sammak və Özbəkistanın İslam Sivilizasiyası Mərkəzinin baş direktoru Firdovs Abduxalikov ilə görüşüb.

Tədbir çərçivəsində görüşlərində Şeyxülislam A. Paşazadə Azərbaycan dövlətinin işğaldan azad olunmuş ərazilərimizdə apardığı bərpa-quruculuq işləri barədə, erməni vandalizminə məruz qalmış ümumislam əhəmiyyətli mədəni-mənəvi irsimizin dirçəldilməsi yönündə dövlətimiz tərəfindən misilsiz yenidənqurma işlərinin davam etməsindən danışmiş, həmin torpaqlarda dağıdılmış məscidlərin yerində yenilərinin inşa edilməsindən, Azan səslərinin ucaldığından qürurla bəhs edib.

QMİ sədri Prezident İlham Əliyev başda olmaqla Azərbaycan dövlətinin, habelə dini mərkəzin İslam dünyası ilə əlaqələrinin dərinləşməsindən, İslamdaxili həmrəylik və dialoqun inkişafına artan töhfələrindən və qarşıdakı əməkdaşlıq perspektivlərindən məmnunluqla bəhs edib. Görüşlərdə tərəflərin təmsil etdiyi qurumlar və ölkələr arasında dini-mənəvi əlaqələrin və əməkdaşlığın perspektivləri müzakirə olunub.

Loading

Visited 6 times, 1 visit(s) today

About The Author

admin

See author's posts

Related

Post navigation

Previous: Hakimliyə namizədlərlə yazılı imtahan keçirilib
Next: Azərbaycan karateçisi dünya çempionatında bürünc medal qazanıb

OXŞAR MÖVZULAR

036A5991-2048x1365

Respublikada ilk dəfə “Mərhəmət gecəsi” keçirildi – FOTOLAR

admin 05 Mart 2026
6YaUbFzLgGoZ778K1YGmXA7XSpP866Dj4M7yhypk_1200

Leyla Əliyeva “Neft bumu hamıya gülümsəyir” tamaşasının nümayişində iştirak edib

admin 02 Mart 2026
WhatsApp Image 2026-02-27 at 11.22.02

“Addım-addım vətəndə” layihəsi Gəncədə+FOTOLAR

admin 27 Fevral 2026

XƏBƏR LENTİ

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb w9GiBO41VCYQVHU5hrXxqwfMiWumafeZHvnfiWQX_1200

Maşın təmiri üçün başqa avtomobillərdən ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən ustalar saxlanılıb

07 Mart 2026
Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib toMGBfngJID3eLP2R0lZI6VBkXqCH33iNb69GspK_1200

Azərbaycan iki ölkədən zərgərlik məmulatlarının idxalını bərpa edib

07 Mart 2026
İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib PSSiUSl31D1YXHzRuCCrfwtBj51aHqMB2hZwVhGp_1200

İran BƏƏ-dəki ABŞ aviabazasına PUA-larla hücum edib

07 Mart 2026
ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib EE7K4N21sXUIRxbIMPk2XhxsQg9wUUlT3IZNtizS_1200 (1)

ABŞ lideri: İran qonşuları qarşısında üzr istəyib və kapitulyasiya edib

07 Mart 2026
Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib 2NnbL0P89IO1ZsUYvOZZxd7jVAmCoaHLqOPzjxIc_1200

Tramp İranın bu gün çox güclü zərbə alacağını bildirib

07 Mart 2026
Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb q8iyU8tvgdTrDR9TzrZWd1SRme1SyMvH9YHgMkmW_1200

Azərbaycana Avropa ölkələrindən turist axını 20 %-ə yaxın artıb

07 Mart 2026
  • ANA SƏHİFƏ
  • XƏBƏR LENTİ
  • HAQQIMIZDA
  • ƏLAQƏ
  • Facebook
  • Twitter
  • Linkedin
  • Youtube
  • Instagram
Copyright 2026 © paraqraf.com All rights reserved. | MoreNews by AF themes.