Skip to content
PARAQRAF.COM
HƏR BİR XƏBƏR PARAQRAFLA BAŞLAYIR
  • https://www.facebook.com/
  • https://twitter.com/
  • https://t.me/
  • https://www.instagram.com/
  • https://youtube.com/
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
Bakı, Azərbaycan
PARAQRAF.COM PARAQRAF.COM PARAQRAF.COM
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • ANA SƏHİFƏ
    • HAQQIMIZDA
    • ƏLAQƏ
  • SİYASƏT
  • CƏMİYYƏT
    • MƏDƏNİYYƏT
    • ELM VƏ TƏHSİL
    • SAĞLAMLIQ
    • ARAŞDIRMA
    • TƏHLİL
    • ŞOU-BİZNES
    • OXUCU MƏKTUBLARI
    • MÜSAHİBƏ
    • ÖZƏL
    • İDMAN
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
PARAQRAF TV
Close

Search

Home/XƏBƏR LENTİ/İQTİSADİYYAT/Pərviz Şahbazov “OPEC+” ölkələrinin nazirlərinin 40-cı iclasında iştirak edib
İQTİSADİYYAT

Pərviz Şahbazov “OPEC+” ölkələrinin nazirlərinin 40-cı iclasında iştirak edib

30 Noyabr 2025 1 Min Read
PAYLAŞIN:

Azərbaycanın energetika naziri Pərviz Şahbazov onlayn formatda keçirilən Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 40-cı iclasında iştirak edib.

Energetika Nazirliyinin mətbuat xidmətindən Paraqraf.com-a verilən məlumata görə, iclasda gündəlik xam neft hasilatının 2026-cı ilin sonuna qədər sabit saxlanılması və maksimum davamlı istehsal gücünün qiymətləndirilməsi mexanizmi ilə bağlı qəbul edilmiş qərara Azərbaycan da öz dəstəyini ifadə edib.

İclas zamanı qlobal neft bazarındakı vəziyyət, hasilat səviyyələri və kompensasiyaların yerinə yetirilməsinə dair müzakirələr aparılıb. OPEC Katibliyi tərəfindən hazırlanmış və Əməkdaşlıq Bəyannaməsi ölkələrində 2027-ci il üzrə neft hasilatının baza səviyyələrinin müəyyən edilməsində istinad göstəricisi kimi istifadə olunacaq Maksimum Davamlı İstehsal Gücünün (MSC) qiymətləndirilməsi mexanizmi təsdiqlənib. Həmçinin OPEC Katibliyinə 2019-cu il 2 iyul tarixində imzalanmış Əməkdaşlıq Xartiyasının məqsədlərinə nail olmaq üçün plan hazırlamaq və bu planı növbəti nazirlər görüşündə təqdim etmək tapşırılıb.

Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin 41-ci iclasının gələn ilin 7 iyun tarixində keçirilməsi razılaşdırılıb.

Loading

Author

Həsən

Follow Me
Other Articles
Previous

Əliyevlə razılaşdıq ki, AZAL qəzası ilə bağlı… – Putin

Next

“OPEC+” 2026-cı il üçün neft hasilatını sabit saxlamaq barədə qərar qəbul edib

Copyright 2026— Praqraf.com. All rights reserved