ABŞ Prezidenti Tramp sələfi Co Baydenin avtomatlaşdırılan imzalardan istifadə edərək imzaladığı bütün sənədləri ləğv etdiyini açıqlayıb. O, Baydeni “fırıldaqçı” adlandırıb.
Paraqraf.com xəbər verir ki, bu barədə Donald Tramp “Truth” sosial media şəbəkəsindən Co Baydeni hədəf alıb.
Baydenin ünvanına tənqid atəşinə tutan Tramp Baydenin dövründə çıxan rəsmi sənədlərin təxminən 92 faizində faktiki imza yerinə Autopen və ya avtomatik imzalardan istifadə edildiyini iddia edərək, Baydenin imzasının bu üsulla saxtalaşdırıldığını iddia edib.
Baydenin imza maşını ilə rəsmi prezident sənədlərinin imzalanması prosesinə qarışmadığını vurğulayan Tramp əgər əli olduğunu desə, yalançı şahidlik ittihamı ilə üzləşəcəyi barədə xəbərdarlıq edib.
Kəmalə Vəliyeva
Paraqraf.com
![]()
